BİZNES İMKANLARI

DATA XİTMƏTLƏRİ

Beynəlxalq səs TRAFİKİ

SERTİFİKATLAŞDIRMA

TİER III və İSO 20000 Sertifikatlarına malik və müasir dünya standartlarına cavab verən Data Mərkəzi ölkə və region səviyyəsində bulud əsaslı kompleks İT xidmətləri göstərir və ən son texniki göstəricilərə malik baza əsasında müştərilərə fərdi həllər təklif edir. 

YADDAŞ
 

Məlumatlarınız sizin üçün əhəmiyyətli və konfidensial xarakter daşıyır. Bizim xidmətlərimizlə siz öz məlumatlarınıza müxtəlif məkanlardan çıxış imkanı əldə edəcəksiniz. Bizim fərdiləşdirilmiş həllərimiz sizin konkret ehtiyaclarınıza cavab verməyə və tələbat yarandıqca əlavə tutum əldə etməyə imkan verəcək.Ətraflı

ŞƏBƏKƏ
 

Müasir şirkətlərdə İT infrastrukturunun təhlükəsizliyi onların sisteminin, tətbiqi proqramlarının və informasiya mühafizəsinin əsasını təşkil edir. Optimallaşdırılmış şəbəkə məhsuldarlığı artırır və biznesin dayanıqlığına öz töhfəsini verir. Bizim “Paylanmış xidmətdən imtina hücumları”ndan (“DDoS”) mühafizə xidmətimizlə infrastrukturunuzun təhlükəsizliyi təmin olunacaq, habelə Yüklənmənin Tarazlaşdırılması (load balancing) xidməti şəbəkənizdən istifadəni optimallaşdıracaq. Bundan əlavə, dünyanın istənilən nöqtəsindən VPN şəbəkəsinin qurulması, VPN (İPsec), İPv4 və İPv6 xidmətləri, eləcə də, ayrılmış xətt xidmətini göstərə bilərik. Ətraflı

HESABLAMA
 

Biz virtual serveri sizin ehtiyaclarınıza uyğunlaşdıra bilərik. Bizim fərdiləşdirilmiş həllərimiz minimum giriş xərcləri ödəməklə daxili İT xidmətləri yaratmağa imkan verir. Bu həllər sizin konkret ehtiyaclarınıza cavab verməyə və ehtiyac yarandıqca infrastruktur əldə etməyə imkan verəcək. Ətraflı

YERLƏŞDİRMƏ
 

Avadanlıqların yerləşdirilməsi həlli müştərinin avadanlıqlarını daimi işləyən soyutma sistemləri, təhlükəsizlik və kommunikasiya kanallarına çıxış ilə təmin edir.Ətraflı

 

 

Prioritetlər

Azərbaycan ilə dünya ölkələri arasında beynəlxalq telekommunikasiya xidmətlərinin alternativlik və yüksək keyfiyyətlə təmin edilməsi, həcminin artırılması və müasir xidmətlərin tətbiq edilməsi.

Mövcud vəziyyət

“AzInTelecom” ilə dünyanın 17 telekommunikasiya operatoru, o cümlədən “British Telecom”, “Deutsche Telecom”, “Rostelecom”, “Telia Sonera”, “AT&T”, “Turk Telecom” arasında 5,163 ədəd birbaşa kanal mövcuddur.

Perspektiv planlar

Beynəlxalq telekommunikasiya xidmətlərinin keyfiyyətinin və həcminin artırılması məqsədilə yeni birbaşa kanalların təşkil edilməsi və xidmətlərin təşkilinə çəkilən xərclərin optimallaşdırılması.

Bu xidmət telekommunikasiya vasitələri və qurğularına uyğunluq sertifikatı verilməsi üçün müraciətlərə baxılması, tələb olunan sənədlərin qəbul edilməsi və telekommunikasiya vasitələri və qurğularının qarşılıqlı telekommunikasiya şəbəkəsinə (QTŞ) uyğunluğu barədə sertifikatın verilməsinə dair xidmətlərin göstərilməsindən ibarətdir. Xidmətin icrası NRYTN-nin Rabitə Vasitələrinin Sertifikatlaşdırma Mərkəzi olaraq yalnız Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi “AzInTelecom”a həvalə edilmişdir. Elektron xidmətin istifadəçiləri fiziki, hüquqi şəxslər və dövlət orqanlarıdır. Xidmət ödənişi sertifikatlaşdırma orqanı ilə sifarişçi arasında bağlanmış müqavilə şərtlərinə əsasən sifarişçi tərəfindən həyata keçirilir. Xidmətin göstərilməsi nəticəsində sifarişçinin istehsal, idxal, ixrac və ya realizə etdiyi telekommunikasiya vasitələrinə və qurğularına QTŞ-ə uyğunluq sertifikatı verilir.

QTŞ-yə uyğunluq sertifikatının verilməsi üçün tələb olunan sənədlər:

  1. Bu işin görülməsi üçün sifarişçinin təqdim edəcəyi müraciət məktubu;
  2. İcraçı tərəfindən tərtib olunan tərəflər arasında müqavilə (2 nüsxə);
  3. İcraçı tərəfindən təqdim olunan sifariş blankı;
  4. Sifarişçinin Vergi orqanları tərəfindən vergi uçotunun alınması haqqında müvafiq sənədin surəti (VÖEN);
  5. Mənşə sertifikatı;
  6. Uyğunluq sertifikatı;
  7. İstehsalçının test-sınaq nəticələrinin surəti;
  8. İstehsalçının keyfiyyət sertifikatının surəti;
  9. Texniki pasport.