Haqqimizda 

   2004-cü ilin fevral ayında yeni yaradılan Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin 3 əsas xidmət istiqaməti var. Yeni nəsil telekommunikasiya şirkəti olmaq və müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməyi özünə hədəf seçən yenilənmiş “AzInTelecom”, şirkət strategiyasını nüfuz, etibarlılıq və şəffaflıq kimi fundamental dəyərlər ətrafında formalaşdırıb. Şirkətin yeni loqotipi və korporativ rənglərinin yaradılması prosesində adları çəkilən prinsiplər əsas meyarlar kimi seçilərək şirkətin missiyası və gələcəkyönümlü planlarına uyğunlaşdırılıb. “AzInTelecom”un fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq trafikin analizi, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış Data Mərkəzi nəzdində “İnfrastruktur xidmət kimi (IaaS)” xidmətlərindən ibarətdir. “AzInTelecom” tərəfindən tətbiq olunan trafikin analizi xidməti Azərbaycan Respublikası ilə dünya ölkələri arasında mübadilə olunan beynəlxalq telekommunikasiya xidmətlərinin alternativlik və yüksək keyfiyyətlə təmin edilməsi, həcminin artırılması və müasir xidmətlərin tətbiq edilməsindən ibarətdir. Trafik analizinin optimallaşdırılması məqsədi ilə yaradılmış IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzi (IMS) giriş və çıxış zənglərinin monitorinqinin təkmilləşdirilməsi, IP əsaslı daxili səs kanallarının təşkili və bütün birbaşa istiqamətlərdə alternativ arabağlantını təmin edir.
“AzInTelecom”un digər xidməti olan Sertifikatlaşdırma telekommunikasiya vasitələri və qurğularının texniki səviyyələrinin müəyyənləşdirilməsi və artırılması, keyfiyyətli məhsulun alınmasında konsaltinq xidməti, eləcə də, daxili bazarda rəqabət üçün müəssisə və təşkilatların fəaliyyətinə lazımi şəraitin yaradılması xidmətini göstərir. ISO 20000 və Uptime İnstitute tərəfindən TIER III Sertifikatları ilə təltif olunan yeni yaradılmış Data Mərkəzi dövlət, özəl və beynəlxalq səviyyədə “İnfrastruktur xidmət kimi (IaaS)” xidmətləri göstərməyə imkan yaradır.

Baxış

Sifarişçilərə və tərəfdaşlara individual yanaşma.
Data xidmətləri üzrə üstünlük verilən provayderə çevrilmə.

Dəyərlər

Şəffaflıq. Biz öz sifarişçilərimizlə bərabərhüquqlu əlaqələr yaradırıq.
Etibarlılıq. Biz etibarlı və dayanıqlı tərəfdaşıq.
Nüfuz. Biznes sahəsində bizə bələdçilik edən başlıca dəyərlərə malikik

MİSSİYA

Sifarişçilərimizin və tərəfdaşlarımızın fərdi üstünlüklərinin artırılması. Təhlükəsiz və korporativ kateqoriyalı virtual sistemə sürətli qoşulmanın təmin edilməsi. Biznesimizin və xidmətlərimizin təkmilləşdirilməsi üçün innovasiyaların tətbiqi.

Faktlar

TIER III və İSO 20000 Sertifikatlı Data Mərkəzi.
24/7 müddətində sifarişçiyə texniki dəstəyin göstərilməsi.
 

Struktur

LEYLA MƏMMƏDOVA

Direktor vəzifəsini icra edən

ŞƏRİF ŞIXLİNSKİ

Direktor müavini

Doğum tarixi: 13 oktyabr, 1979-cu il Şərif Şıxlinski 2016-ci ilin may ayından “AzInTelecom”un Direktor müavini vəzifəsində çalışır. O, Azərbaycan Dövlət Neft Akademiyasının Beynəlxalq İqtisadi Əlaqələr və Menecment fakültəsinin bakalavr və magistr dərəcələrinə,eləcə də, Liverpul Universitetinin İqtisadiyyat və İdarəetmə Elmləri magistrı dərəcəsinə malikdir. “AzinTelecom” MMC-dən əvvəl Schlumberger, Holcim Azerbaijan, Hewlett Packard, Microsoft Azerbaijan Azercell, Caspian Mobile Novacom Belarus kimi şirkətlərdə rəhbər vəzifələrdə çalışmışdır. İngilis, rus, fransız və türk dillərini bilir. Ailəlidir, 2 övladı var.

RUSLAN ƏLİYEV

Kommersiya Departamentinin rəhbəri

Doğum tarixi: 6 iyul, 1984. Ruslan Əliyev 2016-cı ilin iyun ayından “Azintelecom”un Kommersiya Departamentinin rəhbəri vəzifəsində çalışır. City University London-da Beynəlxalq Biznes İqtisadiyyatı sahəsi üzrə magistr (MSc) dərəcəsinə malikdir. Həmçinin, Microsoft Certified Solutions Assosiate (MCSA) sertifikatını əldə etmişdir. Ruslan Əliyevin telekommunikasiya sahəsində 10 ildən artıq təcrübəsi vardır. “Azntelecom”dan əvvəl R.Əliyev “Azərkosmos”da satış və marketinq məsələlərinə rəhbərlik etmişdir. 2001-2008-ci illərdə o IT həllər və mobil xidmətlər sahəsində çalışmışdır.

PƏRVANƏ PIRIYEVA

İnzibati işlər departamentinin rəhbəri

Doğum tarixi: 6 Aprel, 1982-ci il Pərvanə Piriyeva 2016-ci ilin may ayından “AzInTelecom”un İnzibati işlər departamentinin rəhbəri çalışır. O, Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr və Beynəlxalq Hüquq fakültəsinin bakalavr, eləcə də, İqtisad Universitetinin Biznes idarəetməsi üzrə magistr dərəcəsinə malikdir Bundan əlavə, The Chartered Institute of Purchasing and Supply (CIPS) Satınalma və təchizat əməliyyatları üzrə diplomuna malikdir (CİPS Level 4) “AzinTelecom” MMC-dən əvvəl aşağıdakı şirkətlərdə müxtəlif vəzifələrdə çalışmışdır: NorthWest Construction, Bakı 2015 İlk Avropa Oyunlarının Təşkilat Komitəsi (BEGOC), WestTec, BUE CASPIAN-Topaz Marine İngilis və rus dillərini bilir.

FUAD ƏHMƏDOV

Maliyyə Departamentinin rəhbəri

Doğum tarixi: 15 aprel, 1986 Fuad Əhmədov 2016-cı ilin iyul ayında “Azintelecom”un Maliyyə Departamentinin rəhbəri vəzifəsində işə başlamışdır. Azərbaycan Dövlət İqtisad Universitetində "Maliyyə-kredit" ixtisası üzrə bakalavr və magistr dərəcələrini alıb. İş karyerasına 2006-cı ildə Unibank-ın xəzinədarlıq departamentində mütəxəssis olaraq başlayıb. 2008-ci ildə Ernst&Young şirkətinin Bakı nümayəndəliyinin Audit departmanetində assistent və həmin şirkətin Məsləhət Xidmətləri departmamentində Biznesin təkmilləşdirilməsi istiqaməti üzrə Baş mütəxəssis vəzifəsində işləyib.

LALƏ ƏSKƏROVA

İnsan Resursları Departamentinin rəhbəri

Doğum tarixi: 27 iyul, 1964 Lalə Əskərova 2016-cı ilin fevral ayından “Azintelecom”un İnsan Resursları (İR) Departamentinə rəhbərlik edir. 1987-ci ildə Bakı Dövlət Universitetini Filologiya ixtisası üzrə bitirib. İnsan resurslarının idarəedilməsi sahəsində 35 il iş təcrübəsi vardır. “Azintelecom”da iş fəaliyyətinə başlamazdan əvvəl L.Əsgərova “İndigo” mətbəəsində İR şöbəsinin direktor müavini və Kommersiya direktoru, “Komtec” MMC-də (“MilliÖn” ticarət nişanı) İR Departamentinin rəhbəri vəzifələrində işləyib.

SƏYAHƏT ƏSGƏROV

Hüquq Departamentinin rəhbəri

Doğum tarixi: 16 aprel, 1965 Səyahət Əsgərov 2013-cü ildən “Azintelecom”un Hüquq şöbəsinin müdiri, hazırda isə Hüquq Departamentinin rəhbəri vəzifəsində çalışır. 1991-ci ildə Naxçıvan Dövlət Universitetinin (NDU) Tarix və hüquq fakültəsini, 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə ilə bitirib. NDU-da 16 illik akademik təcrübəsi vardır. S.Əsgərov 2001-ci ildən başlayaraq Naxçıvan MR Ədliyyə Nazirliyində, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində və Azərbaycan Respublikası Dövlət Neft Şirkətində hüquq sahəsi üzrə müxtəlif rəhbər vəzifələrdə çalışıb.

XAVƏR QAMBAYZADƏ

Beynəlxalq Trafikin İdarəedilməsi Departamentinin rəhbəri

Doğum tarixi: 3 sentyabr, 1958-ci il Xavər Qambayzadə 2016-ci ilin oktyabr ayından “AzInTelecom”un Beynəlxalq Trafikin İdarəedilməsi Departamentinin rəhbəri vəzifəsində çalışır. O, Ostin Texas İqtisad Universitetinin Biznes idarəetməsi üzrə magistr, Nottinqem Trent Universitetinin İdarəetmə üzrə magistr, eləcə də, Sankt-Peterburq Dövlət Universitetinin Humanitar Elmlər üzrə magistr dərəcələrinə malikdir. Bununla yanaşı, Xavər Qambayzadə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin fəlsəfə elmləri doktoru dərəcəsini əldə etmişdir “AzinTelecom” MMC-dən əvvəl Bakcell, USAID Azərbaycan Parlament Proqramı, Global Union Energy Ventures, Kanada, Chevron Corporation, ABŞ, Beynəlxalq Əlaqələr üzrə Nümayəndə, Vaşinqton və s. kimi şirkətlərdə müxtəlif vəzifələrdə çalışmışdır: İngilis və rus dillərini bilir.

CEYHUN ƏLIYEV

Sertifikatlaşma Departamentinin rəhbəri

Doğum tarixi: 16 dekabr, 1986. Ceyhun Əliyev “Azintelecom”un Sertifikatlaşdırma Departamentinin rəhbəridir. 2008-ci ildə Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsini bakalavr pilləsi üzrə bitirib, 2012-ci ildə Stokholmda KTH-Royal Texnoloji Universitetində İT/İP biznes rəqabəti İnkişaf Proqramını keçib. 2016-cı ildə “Azintelecom”da işə başlamazdan əvvəl SmartOn MMC-də (LG Mobile Azerbaijan) 3 il icraçı direktor vəzifəsində, “Azercell” Telekom-da isə 8 il müxtəlif vəzifələrdə çalışıb. Layihə idarəolunması, idarəetmənin əsasları və s. mövzular üzrə təlimlərdə iştirak edib.

Sponsorluq

 

 

AzInTelecom-un himayəsində olan “Telekom Bakı” qadın voleybol komandası 2015/2016-cı Azərbaycan Çempionatında 2-ci yeri tutaraq gümüş medallara sahib olub. Əldə olunmuş bu nəticə Telekom komandasına “2017 CEV Volleyball Champions League – Women” turnirində qrup mərhələsindən başlayaraq çıxış etmək hüququ verib. 2016/2017 voleybol mövsümünə komandanı tanınmış voleybol məşqçisi Zoran Gajic hazırlayacaq. Zoran Gajiçə bu işdə yerli voleybol mütəxəssisimiz Vasif Talibov kömək edəcək. Bu ildən etibarən Telekom Bakı komandası uşaq voleybol məktəbinin yaradılmasına başlamışdır. Komanda qarşıya məqsəd olaraq yaxın gələcəkdə yerli oyunçuların yetişdirilməsini qoymuşdur. Telekom komandasının üzvləri Yelizaveta Səmədova, Olena Həsənova, Yana Əzimova, Kristina Yagubova və Marqarita Əzizova Azərbaycan Milli yığma komandasının şərəfini qoruyurlar.

Partnyorlar