İctimaiyyətlə əlaqələr

Tenderlər Müntəzəm verilən suallar

Qoşunların təmas xəttində ATƏT-in növbəti monitorinqi keçiriləcək

16.03.2010

Bu gün ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan Respublikasının Ağdam rayonunun Təzəkənd kəndindən cənubda qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək.
Azərbaycan tərəfdən monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səyyar köməkçiləri İmre Palatinus və Jaslan Nurtazin keçirəcəklər.
Beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan əks tərəfdə monitorinqi piter Ki, Vladimir Çountulov və Antan Şedrin aparacaqlar.