İctimaiyyətlə əlaqələr

Tenderlər Müntəzəm verilən suallar

Cisco mobil trafikin 39 dəfə artacağını proqnozlaşdırır

11.02.2010

Cisco Systems şirkəti mobil rabitə bazarındakı tendensiyaya dair aparılan araşdırmanın nəticələrini açıqlayıb. Belə ki gələcək 5 il ərzində şirkət mobil trafikin dəfələrlə artacağını proqnozlaşdırır.
Cisco-nun proqnozlarına görə, 2009-cu ildən 2014-cü ilədək dünya üzrə mobil trafik həcmi 39 dəfə artaraq 40 ekzabayta bərabər olacaq.
Trafik həcminin orta illik artım tempinin 108% olacağı, 2014-cü ilin sonuna kimi isə dünya mobil trafik həcminin hər ay 3,6 ekzabayt (3,6 milyard qiqabayt) təşkil edəcəyi bildirilir. Bu cür artımın iki faktoru kimi analitiklər mobil videoya olan tələbatın kəskin artması, eləcə də mobil qurğuların geniş yayılmasını (2014-cü ilə kimi internetə dünya üzrə 5 milyard mobil qurğu qoşulacaq) qeyd edirlər.
Mobil qurğulara ötürülən trafikin əsas hissəsi isə məhz mobil videokontentin payına düşəcək – 66%. 2009-cu illə müqayisədə mobil videokontent həcminin 60 dəfə artacağı proqnozlaşdırır. Cisco-da qeyd edirlər ki, kontentin heç bir digər növü bu cür artım tempi nümayiş etdirə bilməz.  2014-cü ilin sonuna kimi mobil trafikin əsas hissəsi isə (90 faiz) smartfon və noutbuk istifadəçilərinin payına düşəcək.
Bundan əlavə Cisco Systems-in açıqladığı hesabatda digər maraqlı məlumatlar da əks olunub. Belə ki, misal üçün, 2009-cu ilin sonunda qlobal mobil trafik həcmi, 2008-ci illə müqayisədə 160% artaraq aya 90 petabayt (bir milyon qiqabayt) təşkil edib.
Orta hesabla internetə genişzolaqlı çıxışı olan smartfon və ya noutbuk istifadəçisi ay ərzində 1,3 QB trafik emal edir ki, bu da təxminən 650 mp3 fayla bərabərdir. 2014-cü ilin sonuna kimi isə bu göstərici orta hesabla ay ərzində 7 QB olacaq.