İctimaiyyətlə əlaqələr

Tenderlər Müntəzəm verilən suallar

Tarix

Rabitə Nazirliyinin 07.02.1994-cü il tarixli 13 saylı əmrinə əsasən 1 mart 1994-cü il tarixində Azərbaycanda rabitə sistemində beynəlxalq hesablaşmalar sahəsində respublikamızın ilk müstəqil qurumu olan Beynəlxalq Hesablaşma Mərkəzi (BHM) “Aztelekom İB”-nin tərkibində struktur vahidi kimi yaradılmışdır.

Rabitə Nazirliyinin 17.01.1995-ci il tarixli 05 saylı əmrinə əsasən BHM “Aztelekom İB”-nin tərkibindən çıxarılmış və birbaşa RN-ə tabe edilmişdir.

RN-nin  06.12.1996-cı il tarixli 140 saylı əmrinin 1-ci bəndinə əsasən 01.01.1997-ci il tarixindən BHM - Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzi (BƏHM) adlandırıldı.

2004-cü ilin fevral ayında BƏHM yeni yaradılan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyinə keçirilmişdir.

2005-ci ilin sentyabr ayında Nizamnamənin bir neçə bölməsində dəyişiklik edilərək yeni redaktə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmış və müəssisə Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi adlandırılmışdır.

BƏHM-in direktoru hal-hazırda C. Cəfərovdur.