
14 dekabr 2001-ci ildə təsis edilmişdır “Rabitə” Voleybol Klubunun “Rabitə BAKI” voleybol komandası 2004-cü ildə yaradılmışdır.
“Rabitə BAKI” voleybol komandası 2004-2009-cu illər ərzində Azərbaycan Respublikasının Çempionatlarında (Yüksək Liqa) əldə etdiyi nailiyyətlər aşağıdakı kimidir:
2004-2005-ci illər mövsümü - II yer
2005-2006-cı illər mövsümü - II yer
2006-2007-ci illər mövsümü - I yer
2007-2008-ci illər mövsümü - I yer
2008-2009-cu illər mövsümü - I yer
“Rabitə BAKI” qadın voleybol komandası 23-27 sentyabr 2005-ci il tarixlərində Bakı şəhərində Böyük Vətən Müharibəsindəki Qələbənin 60 illiyinə həsr olunmuş Müstəqil Dövlətlər Birliyi üzvü olan dövlətlərin V Beynəlxalq İdman Oyunlarında qızıl medallara layiq görülmüşdür.
“Rabitə BAKI” qadın voleybol komandası 19-24 iyun 2006-cı il tarixlərində Minsk şəhərində Müstəqil Dövlətlər Birliyinin “Dostluq, sülh və sağlamlıq” devizi altında VI Beynəlxalq İdman Oyunlarında gümüş medallara layiq görülmüşdür.
“Rabitə BAKI” qadın voleybol komandası 2007/2008-ci voleybol mövsümündə Avropa Voleybol Konfederasiyasının təşkil etdiyi “CHALLENGE CUP” turnirinin 1/8 final mərhələsinə yüksəlib.
“Rabitə Bakı” qadın voleybol komandası 2008/2009-cu voleybol mövsümündə Avropa Voleybol Konfederasiyasının təşkil etdiyi “GM CAPITAL CHALLENGE CUP WOMEN 2008-2009” turnirində 1/4 final mərhələsinə qədər yüksəlib.
17.03.2005-ci il tarixdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində qadın voleybolçularla keçirilən görüş zamanı cənab nazir Ə.M. Abbasov tərəfindən verilmiş müvafiq göstəriş və tapşırıqların nəticəsi kimi “Rabitə Bakı” bu gün öz uğurlarına imza atır.