İctimaiyyətlə əlaqələr

Tenderlər Müntəzəm verilən suallar

BƏHM-nin üzv olduğu beynəlxalq təşkilatlar

  • 17.12.1991-ci il - Azərbaycan RN 17.12.1991-ci il tarixində Rabitə sahəsində Regional Əməkdaşlıq Təşkilatına (RSS) üzv qəbul olunmuşdur.
  • 10.04.1992-ci il – Azərbaycan Respublikasının Rabitə Nazirliyi Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 167-ci üzvü seçilmiş və BTİ-nin Nizamnamə və Konvensiyasına qoşulmuşdur.
  • 16.05.1992-ci il – Azərbaycan Respublikası Beynəlxalq Telekommunikasiya İttifaqına üzv qəbul olunmuş və həmin ildə BTİ tərəfindən Azərbaycana «994» beynəlxalq telefon kodu verilmişdir..
  • 25.01.1993-cü il – Azərbaycan Respublikası Poçt və Telekommunikasiya Müdiriyyətlərinin Avropa Konfransı Təşkilatının Aktları (CEPT) üzv qəbul olunmuş və 2000-ci ilin may ayında Milli Məclis tərəfindən ratifikasiya olunub.
  • 01.04.1993-cü il - Azərbaycan Respublikası Ümumdünya Poçt İttifaqına (ÜPİ) üzv qəbul olunmuşdur.
  • 21 fevral 1994-cü il - Azərbaycan Respublikası Rabitə Nazirliyi 21 fevral 1994-cü ildən etibarən Baş Katibliyi Fransanın Paris şəhərində yerləşən Avropa Peyk Təşkilatına (EUTELSAT) üzv qəbul olunmuşdur.
  • 7 aprel 1994-cü il - Azərbaycan Respublikası Rabitə Nazirliyi 7 aprel 1994-cü ildən etibarən Baş Katibliyi ABŞ-ın Vaşinqton şəhərində yerləşən Beynəlxalq Peyk Təşkilatına (INTELSAT) üzv qəbul olunmuşdur.
  • 14 mart 2000-ci il - Beynəlxalq Telekommunikasiya Təşkilatının 22 dekabr 1992-ci il tarixli (Cenevrə) Nizamnamə və Konvensiyası, 1994-cü il Kioto Səlahiyyətli Konfransında qəbul olunmuş Düzəliş sənədləri 2000-ci ilin mart ayında Azərbaycan Respublikası Milli Məclisi tərəfindən ratifikasiya olunmuş və bu haqda Respublika Prezidenti 14 mart 2000-ci il tarixli 826-1Q saylı qanun imzalamışdır.
  • 05.04.2002-ci il - Avropa Peyk Təşkilatının (EUTELSAT) düzəliş edilmiş Konvensiyası 5 aprel 2002-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisi tərəfindən ratifikasiya olunmuşdur.