Beynəlxalq Telekommunikasiya şöbəsi (BTKŞ)
Beynəlxalq Telekommunikasiya şöbəsi (BTKŞ) Azərbaycan Respublikası ilə dünya ölkələri arasında mübadilə olunan beynəlxalq telekommunikasiya xidmətlərinə görə (telefon, teleqraf, teleks və kanal istifadəsi) müqavilələr əsasında qarşılıqlı hesablaşmaların aparılmasını təmin edir.
Beynəlxalq telekommunikasiya xidmətlərinə görə qarşılıqlı hesablaşmalar Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Tövsiyə və Qaydaları əsasında aparılır.
Mübadilə olunan trafik həcminə uyğun olaraq və iqtisadi səmərəlilik nəzərə alınmaqla mövcud kanallar sayının tənzimlənməsi, konfiqurasiyanın dəyişdirilməsi.
Trafikin keyfiyyətli mübadiləsinin və alternativliyinin təmin edilməsi üçün yeni istiqamətlərdə birbaşa kanalların yaradılması üzrə Texniki İqtisadi Əsaslandırmaları (TİƏ) hazırlayır.
Mövcud rabitə kanallarından səmərəli istifadə edilməsi üçün beynəlxalq çıxış telefon trafikinin marşrutlandırılması üzrə Trafik Marşrutlandırma planının (TMP) hazırlanması və S-12 beynəlxalq stansiyasında tətbiq edilməsi üçün tədbirlərin görülməsi.
Azərbaycan Respublikası ilə dünya ölkələri arasında mübadilə olunan trafikə görə qarşılıqlı hesablaşmalarda tariflərin təyin olunması üçün dünya telekommunikasiya bazarı və birjalarda baş verən dəyişiklikləri nəzarətdə saxlayır.
Mübadilə olunan beynəlxalq telekommunikasiya xidmətlərinə görə qarşılıqlı hesablaşmalar nəticəsində Azərbaycanın xeyrinə yaranan balansların toplanması və qarşı ölkə telekom operatorlarının xeyrinə təşkil edən borcların uçota alınması və ödənilməsi üçün BTİ-nin Tövsiyə və Qaydalarına uyğun olaraq tədbirlər görülür.
Trafik Analizi və Marketinq şöbəsi (TAMŞ)
Azərbaycan Respublikası ilə dünya ölkələri arasında mübadilə olunan gündəlik, həftəlik və aylıq beynəlxalq telefon trafikinin dövrü analizini aparır.
Yeni istiqamətlərdə birbaşa telefon kanalların yaradılması, həmin istiqamətlərdə tələbat və danışıq yükləri nəzərə alınmaqla kanal sayının tənzimlənməsi üçün tədbirlər görür
Beynəlxalq rabitənin keyfiyyətinin yoxlanılması məqsədilə mütəmadi olaraq test işlərinin aparılması, beynəlxalq rabitənin fasiləsiz işinin təşkili və texniki qəzalar zamanı operativ tədbirlərin görülməsini təmin edir.
Qanunsuz beynəlxalq trafik mübadiləsinin qarşısının alınması üçün aidiyyatı müəssisələrlə birgə qanunvericiliyə uyğun olaraq tədbirləri görür.
Trans-Asiya-Avropa beynəlxalq fiber-optik kabel magistralı üzərindən kanalların təşkilini təmin edir.
Yeni Texnologiyalar şöbəsi (YTŞ)
Rabitə və İnformasiya Texnologiyaları sahəsində yeni texnologiyaların metodoloji əsaslarını, bu texnologiyaların Azərbaycanda tətbiq olunması ilə bağlı layihə sənədlərini, smeta xərclərini hazırlayır və müvafiq qaydada razılaşdırmaqla həyata keçirilməsi.
Yeni texnologiyalar infrastrukturunu və həmçinin informasiya fəaliyyətinin təmin olunması məqsədilə digər metod və vasitələrin işlənib hazırlanması. İnformasiya sistemlərinin və yeni texnikanın istismarı və istifadə olunması məqsədilə metodik və normativ materialları işlənib hazırlanması, şirkətlərdən daxil olmuş təkliflər analiz edilir və həyata keçirilməsinə nəzarət olunur. Şəbəkə avadanlıqlarının yenidən qurulması planının işlənməsi məqsədilə yeni texnologiyalar sahəsində əldə olunmuş ən son yenilikləri izləyir və mütəmadi olaraq təkliflərin verilməsi. Mövcud telekommunikasiya şəbəkələrinin və bunun əsasında yeni texnologiyalar tətbiq etməklə xidmət dairəsini genişləndirilməsi üçün şəbəkə avadanlıqlarının modernləşdirilməsi təkliflərini hazırlayır.
Telekommunikasiya texnologiyaları və informasiya şəbəkələri sahələrində qəbul olunmuş standart protokolların icrasına nəzarəti həyata keçirir.
Maliyyə İnvestisiya şöbəsi (MİŞ)
BƏHM-in “Maliyyə İnvestisiya” şöbəsi müəssisənin maliyyə və investisiya fəaliyyətinə dair məsələlərin uzlaşdırılması və tənzimlənməsi, həmçinin əmək və əmək haqqı məsələlərin koordinasiyasını təmin edir.
Şöbə BƏHM-in maliyyə-təsərrüfat fəaliyyəti üzrə proqnozların işlənib-hazırlanması, maliyyə-iqtisadi göstəricilərinin təhlili, əsas vəsaitlərinin və mallarının alqı-satqı prosedurları işlərini aparır.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş müvafiq formalar və BƏHM-in fəaliyyəti ilə bağlı müvafiq hesabatlar şöbə tərəfindən hazırlanır. Respublikaya xarici ölkələrin trafikinin cəlb edilməsi ilə bağlı daxil olan təkliflərinin araşdırılması, müəssisənin investisiyalar ilə bağlı layihələrinin hazırlanması şöbə tərəfindən həyata keçirilir.
Tərcümə şöbəsi (TŞ)
Şöbədə əsasən azərbaycan, ingilis və rus dillərində sənəd və məktublar tərcümə olunur. Şöbənin tərcüməçilərindən bir neçəsi ingilis və rus dilləri ilə yanaşı fransız, alman, italyan və bolqar dillərini də bilənlər var.
Tərcüməçilər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə və Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinə daxil olan sənədlərin, müqavilələrin və məktubların ingilis, rus və azərbaycan dillərinə dəqiq və keyfiyyətli tərcüməsini təmin edirlər.
Bundan əlavə, tərcüməçilər BƏHM-in aidiyyatı şöbələrinin işləri ilə əlaqədar xarici ölkə operatorları ilə ingilis dilində telefon danışıqları aparır, həmçinin xarici nümayəndələrin BƏHM-ə səfəri zamanı danışıqların tərcüməsini təmin edirlər.
Mühasibat Uçotu şöbəsi (MUŞ)
Qanunvericilik əsasında mühasibat uçotunu yüksək səviyyədə qurur, debitor və kreditor borcların uçotunu aparır, yuxarı təşkilatlara hesabatları vaxtında və müvafiq qaydada təqdim edir, büdcə və büdcədənkənar fondları tənzimləyir, ödənişləri vaxtında aparır, alınmış mal material və əsas vəsaitlərin uçotunu aparır, pul vəsaitlərinin təyinatı üzrə xərclənməsinə nəzarət edir, lüzumsuz və əsassız xərclərin qarşısının alınması üçün tədbirlər görür, işçilərin əmək haqqı və digər ödəmələrin hesablanması, ödənilməsini kollektiv müqaviləyə uyğun həyata keçirir.
Ümumi və Protokol şöbəsi (ÜŞ)
Kargüzarlıq işlərinin avtomatlaşdırılmış sistem əsasında aparılması, BƏHM-ə daxil olan bütün sənədlərin (məktub, faks, təqdimat, ərizə və s.) təlimata uyğun qeydiyyata alınması və paylanması, telefonoqramların qəbulu və göndərilməsi, xaric olan korrespondensiyaların qeydiyyatı və göndərilməsi, daxili protokolların tərtib olunması və sənədlərin icrasına nəzarət edir. Habelə xarici səfər sənədlərinin hazırlanması, xarici nümayəndələrin qarşılanması, yerləşdirilməsi, səfər-viza ilə bağlı təşkilatı tədbirlərin görülməsi, beynəlxalq tədbirlərin keçirilməsində təşkilatı məsələlərin həlli və orqtexnikaya texniki qulluğun aparılması.
Təsərrüfat və Təchizat şöbəsi (TTŞ)
Mərkəzin balansında olan binalarda təmizlik işlərinin aparılması, iş otaqlarında gigiyena və sanitariya qaydalarına riayət edilməsini təmin edir.
Mal-material və əsas vəsaitlərin alınması, istifadə edilməsi və işçi vəziyyətində olmasına nəzarəti təmin edir. İclas və görüşlərin, konfransların təşkili üzrə təsərrüfat işlərini həyata keçirir.
Kommunal xidmətlərin həyata keçirilməsi işinə nəzarət edir, yaranan problemlərin vaxtında aradan qaldırılması işini təşkil edir.
Hüquq və Kadrlar şöbəsi (HKŞ)
BƏHM-in işində başqa qurum və şirkətlərlə yaranan hüquqi mübahisələrin məhkəmə orqanlarında, debitor və kreditor borcların ödənilməsi ilə əlaqədar yaranan mübahisəli məsələlərin vaxtında həll edilməsi, müqaviləlilərin, əmrlərin hazırlanması, işçilərin tabel hesabatının, uçotunun və kadrlar üzrə müvafiq sənədləşmənin və məzuniyyət qrafikinə nəzarəti təmin edir.
Rabitə Vasitələrinin Sertifikatlaşdırılması şöbəsi (RVSŞ)
Telekommunikasiya vasitələri və qurğularının (TVQ-lərin) sertifikatlaşdırılmasının əsas vəzifəsi respublikada TVQ-lərin bazarının yaradılması və saxlanması, TVQ-lərin texniki parametrlərinin Azərbaycan Respublikasının qarşılıqlı əlaqədə olan telekommunikasiya şəbəkələrinin tələblərinə, milli, beynəlxalq, dövlətlərarası və digər normativ sənədlərin tələblərinə cavab verməsi faktının müəyyənləşdirilməsindən ibarətdir. RVSŞ Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında rabitə vasitələrinin sertifikatlaşdırılması Qaydalarının təsdiq edilməsi haqqında” 21 avqust 1998-ci il tarixli 175 nömrəli Qərarı və “Azərbaycan Respublikasında rabitə vasitələrinin sertifikatlaşdırılması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust 1998-ci il tarixli 175 nömrəli qərarına dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2005-ci il tarixli 226 nömrəli qərarının müvafiq müddəalərına və BƏHM-in “Əsasnamə”sinə uyğun olaraq sertifikatlaşdırma prosedurasını həyata keçirir.
Beynəlxalq Poçt şöbəsi (BPŞ)
Xarici ölkələrdən daxil olan poçt göndərişlərinin müvafiq hesablarının tərtib edilməsini və təsdiq üçün xarici ölkələrin poçt müdiriyyətlərinə göndərilməsini təşkil edir və hesablaşmaların aparılması, xarici ölkələrin poçt müdiriyyətlərindən və avia şirkətlərindən daxil olan hesablar yoxlanılır, təsdiqlənərək geri qaytarılır və hesablaşmaların aparılmasını həyata keçirir. Beynəlxalq təşkilatlardan, regional ittifaqlardan hesablaşmalara aid olan sənədlər öyrənilir, təklif və məlumatlar hazırlanır, lazım gəldikdə cavab məktubları hazırlayır.
Beynəlxalq təşkilatlara üzvlük haqlarının, tərcümə haqlarının və digər haqların vaxtında ödənilməsini, CP81/82 cədvəllərinin və İstiqamət planlarının düzgün seçilməsini, acıq və bağlı depeşlərin tranzit yerini seçilməsini təşkil edir.
Poçt sahəsində beynəlxalq layihələrin və proqramların hazırlanmasında iştirak edir.
ÜPİ, regional ittifaqlar və beynəlxalq poçt müdiriyyətləri ilə poçt əlaqələrinin yaradılması, inkişafı və təkmilləşdirilməsi üçün müvafiq işlər aparır.
Beynəlxalq poçt sahəsi üzrə hesablaşmalardan yaranmış gəlirlərin, xərclərin analitik uçotunu aparır, proqnozlar hazırlayır.
Poçt sahəsində qabaqcıl təcrübənin öyrənilib respublikanın poçt sahəsinə tətbiqinə təkliflər hazırlayır.
Xarici ölkələrdə və respublikada itirilmiş poçt göndərişlərinin dəyərinin günahkar müdiriyyətlərdən alınmasını və aidiyyatı müəssisəyə ödənilməsini təşkil edir və uçotunu aparır.
Multimedia Mərkəzi
Multimedia Mərkəzi müasir dövrdə İKT-nin cəmiyyətdə artan rolunu və informasiya texnologiyaları şəbəkəsinin getdikcə genişlənməsini nəzərə alaraq internet layihələrini, İKT sahəsində öyrədici, maarifləndirici proqramları hazırlayır və şəbəkəyə yerləşdirir.
Bununla yanaşı elm və texnikanın nailiyyətləri, iqtisadiyyatın müxtəlif sahələrində yeni informasiya texnologiyaların təbliği ilə əlaqədar video materialların, müsahibələrin, informasiya kommunikasiya texnologiyalarının kütləvi istifadə edilməsi istiqamətində layihələr hazırlayır.
Yeni texnologiyalar və onlardan istifadə qaydaları haqda anlaşıqlı dildə video materialları internet üzərindən vətəndaşlara çatdırır.
Multimedia prezentasiyaları, reklamları, sənədli filmləri hazırlayır.