Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi (BƏHM) Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) tabeçiliyində olan struktur təşkilatdır. BƏHM-in əsas vəzifələri aşağıdakılardır: Azərbaycan Respublikası ilə dünya ölkələri arasında mübadilə olunan beynəlxalq telefon, teleqraf, teleks, kanal istifadəsi və poçt rabitəsi xidmətləri üçün beynəlxalq operatorlarla müqavilələrin bağlanması və müqavilə üzrə dövlətlərarası qarşılıqlı hesablaşmaların aparılması; Dünya ölkələrinin rabitə operatorları ilə beynəlxalq telekommunikasiya və poçt xidmətləri üçün tətbiq olunan hesablaşma qiymətlərinin Beynəlxalq Telekommunikasiya İttifaqının və Ümumdünya Poçt İttifaqının tövsiyyə və qaydaları əsasında birja qiymətləri nəzərə alınmaqla müəyyənləşdirilməsi və razılaşdırılması; Beynəlxalq telekommunikasiya operatorları və poçt təşkilatları arasında əlaqələrin koordinasiya edilməsi; Azərbaycan Respublikası ilə dünya ölkələri arasında birbaşa peyk və fiber-optik rabitə kanallarının yaradılması üzrə texniki-iqtisadi əsaslandırmaların hazırlanması; Mövcud rabitə kanallarından səmərəli istifadə edilməsi üçün beynəlxalq çıxış telefon trafikinin marşrutlandırılması üzrə Trafik Marşrutlandırma planının (TMP) hazırlanması və S-12 beynəlxalq stansiyasında tətbiq edilməsi üçün tədbirlərin görulməsi... Ətraflı