İctimaiyyətlə əlaqələr

Tenderlər Müntəzəm verilən suallar

BƏHM haqqında ümumi məlumat

Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi (BƏHM) Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) tabeçiliyində olan struktur təşkilatdır.  

BƏHM-in əsas vəzifələri aşağıdakılardır:
  • Azərbaycan Respublikası ilə dünya ölkələri arasında mübadilə olunan beynəlxalq telefon, teleqraf, teleks, kanal istifadəsi və poçt rabitəsi xidmətləri üçün beynəlxalq operatorlarla müqavilələrin bağlanması və müqavilə üzrə dövlətlərarası qarşılıqlı hesablaşmaların aparılması;
  • Dünya ölkələrinin rabitə operatorları ilə beynəlxalq telekommunikasiya və poçt xidmətləri üçün tətbiq olunan hesablaşma qiymətlərinin Beynəlxalq Telekommunikasiya İttifaqının və Ümumdünya Poçt İttifaqının tövsiyyə və qaydaları əsasında birja qiymətləri nəzərə alınmaqla müəyyənləşdirilməsi və razılaşdırılması;
  • Beynəlxalq telekommunikasiya operatorları və poçt təşkilatları arasında əlaqələrin koordinasiya edilməsi;
  • Azərbaycan Respublikası ilə dünya ölkələri arasında birbaşa peyk və fiber-optik rabitə kanallarının yaradılması üzrə texniki-iqtisadi əsaslandırmaların hazırlanması;
  • Mövcud rabitə kanallarından səmərəli istifadə edilməsi üçün beynəlxalq çıxış telefon trafikinin marşrutlandırılması üzrə Trafik Marşrutlandırma planının (TMP) hazırlanması və S-12 beynəlxalq stansiyasında tətbiq edilməsi üçün  tədbirlərin görulməsi;
  • Xarici ölkələrdən və respublikada fəaliyyət göstərən xarici ölkələrin səfirliklərindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə gələn qonaqlarla Nazirlikdə və ya BƏHM-də keçirilən görüşlərin protokol və təşkilatı məsələlərin həlli;
  • Beynəlxalq rabitə kanallarından səmərəli istifadə edilməsi üçün Avtomatlaşdırılmış İş Yerindən (AİY) trafik mübadiləsinə gündəlik nəzarətin edilməsi;
  • Azərbaycan Respublikası ilə dünya dövlətləri arasında birbaşa istiqamətlər üzrə mübadilə olunmuş terminal giriş-çıxış və tranzit telefon trafiki məlumatlarının ayrıntılı analizinin aparılması;
  • Birbaşa və tranzit ölkələrdən aylıq trafik məlumatlarının alınması, Azərbaycanın S-12 beynəlxalq stansiyasının trafik məlumatları ilə hər ay üzrə müqayisə olunması;
  • Azərbaycanın birinci telekommunikasiya peykinin hazırlanması işləri ilə bağlı layihə üzərində işlərin aparılması.